Avropada böhran çıxaracaq açıqlama

Baxış sayı:
2494

Hollandiyanın baş naziri Mark Rutte, mətbuat konfransında verdiyi açıqlamada, Avropa ordusunun həqiqi olmadığını qeyd edərək, bunları söyləyib:
 
“Avrupa ordusu ideyası Avropanın özünü müdafiə edəcəyi anlamına gəlir, amma Avropa özünü hazırda ABŞ-ın köməyi olmadan müdafiə edə bilməz. Dünya miqyasında və Avropadakı son illərdəki təhlükəsizlik vəziyyətinə görə, Avropanın özünü qoruması mümkün deyil. Bundan başqa, Avropada balansların qorunması ABŞ üçün də mühümdür" deyib.
Rutte, Avropa ordusunun təhlükəsizlik strategiyalarına uyğun gəlmədiyini ifadə edərək, ölkənin milli suverenliyinin başqasına təslim edilə bilməyəcəyini dilə gətirib.
Avropa ordusunun ağıllı bir fikir olmadığını dilə gətirən Rutte, "Belə bir təklif gələrsə, buna qarşı müqavimət göstərib, bu fikrin yanlış olduğunu müdafiə edəcəyəm. Avropa ordusu fikrinin inkişaf etdirilməməsi üçün indidən xəbərdarlıq edirəm" deyib.
Rutte, Hollandiyanın təhlükəsizlik siyasəti baxımından NATO-nun əhəmiyyətli olduğuna diqqəti çəkərək, "Təhlükəsizlik məsələsində daha çox iş birliyi mühümdür, ancaq realist olmaq lazımdır. Brexit baş verdikdən sonra NATO-nun tutumunun  80 faizinin Avropa Birliyi xaricindəki ölkələrdən ibarət olacağı düşüncəsində olmağımız lazımdır. NATO və ABŞ, AB-nin təhlükəsizliyi və sülh üçün labüd tərəfdaşlarıdır" deyə söyləyib.
Müxalifət.az