Avropa Parlamentində Səudiyyə Ərəbistanına sanksiya qərarı

Baxış sayı:
4156

Avropa Parlamentinin (AP) üzvləri, Səudiyyə jurnalisti Camal Qaşıqçı-nın öldürülməsi səbəbindən Səudiyyə Ərəbistanına silah embarqosu tətbiq olunmasına və embarqonun Yəməndəki Səudiyyə koalisiyanın bütün üzvlərinə tətbiq edilməsini nəzərdə tutan qərar layihəsi hazırlayıb.
 
Qaşıqçı cinayətindən sonra 1 əleyhinə, 325 lehinə olmaqla qəbul etdiyi qətnamədə Səudiyyəli jurnalistin öldürülməsini ən sərt şəkildə pisləyən və Səudiyyə Ərəbistanına Aİ miqyasında silah embarqosu tətbiq olunmasını tələb edən AP deputatları, embarqo məsələsində konkret addım atıb.
 
KOALİSİYANIN BÜTÜN ÜZVLƏRİNƏ TƏTBİQ EDİLSİN
 
Parlamentarilər, hazırladıqları qətnamə layihəsinin Səudiyyə Ərəbistanına silah embarqosu tətbiq olunmasına və embarqonun Yəməndəki Səudiyyə koalisiyanın bütün üzvlərinə tətbiq olunmasını istəyib.
AP, Səudiyyə Ərəbistanı, BƏƏ və Yəməndəki Səudiyyə koalisiyasının digər üzvlərinə silah ixracının BMT-nin səlahiyyətli orqanları tərəfindən aşkar edilən bu ölkələrin qarışdığı ciddi insan haqları pozuntuları səbəbilə uyğun olmadığını düşünməkdədir" adlanan sənəddə, embarqoya münasibətin ümumi siyasətə daxil olmayan Aİ ölkələrinə kriminal tədbirlər həyata keçirilməsinə yönəlik bir mexanizm hazırlanması da təklif edilib.
Müxalifət.az