Avropa İttifaqı İsrailə xəbərdarlıq etdi: “ÇOX CİDDİ NƏTİCƏLƏRİ OLA BİLƏR”

Muxalifet.az Hurriyyet.org-a istinadən xəbər verir ki, Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə ali nümayəndəsi Federika Mogerini Şərqi Qüdsdəki Ayrılıq Divarının İordan çayının qərb sahilində qalan hissəsindəki Xan Əl-Əhmar bədəvi yaşayış komplekslərini yıxmaq qərarının çox ciddi nəticələri olacağı barəsində xəbərdarlıq edib.
Məsələ ilə bağlı yazılı açıqlama verəm Mogerini Xan Əl-Əhmar bölgəsindəki Fələstin əhalisinin vəziyyəti ilə yaxından maraqlandırdıqlarını bildirib. Bu məntəqənin çox həssas bölgədə yerləşdiyini, İsrailin məntəqəni dağıdıb yerində yeni yaşayış məntəqələri inşa eləmək planının beynəlxalq hüquqa zidd olduğunu və bunun iki dövlətli həlli yolunu, daimi sülhü təhdid elədiyini vurğulayıb: “Aİ İsrailin Xan Əl-Əhmar bölgəsindəki yaşayış komplekslərini yıxmaq qərarının və bununla birlikdə əhalinin zorla didərgin düşməyə məcbur edilməsinin çox ciddi nəticələri olacağını vurğulayır”. “Avropa İttidaqı İsrailin bu qərarından vaz keçməsini və beynəlxalq hüquq məsələsində bütün öhdəliklərini yerinə yetirməsini gözləyir”.
Qeyd edək ki, Ayrılıq Divarının İordan çayının Qərb sahilində yerləşən hissəsindəki Xan Əl-Əhmar və Əbu Nəvvar bədəvi torpaqlarında İsrail əsgərləri ay başlanandan bəri 40 ev və tövləni uçurublar. Etiraz edən fələstinliləri isə döymüş və həbs etmişlər.
İsrailin Ali Məhkəməsi bu ilin may ayında 190 fələstinlinin yaşadığı gecəqondunu və ölkəyə başqa yerlərdən fələn 170 tələbənin oxuduğu məktəbin yıxılması qərarını vermişdi.
Bu bölgədə 1953-cü ildə İsrail tərəfindən Nəcəf Çölündən zorla köçürülən insanlar yaşayırlar.
Xan Əl-Əhmar İsrailin Qüdsün Şərqindən Ölü dənizə qədər uzanan ərazidən “fələstinlilərin çıxarılmasını nəzərdə tutan” E1 layihəsi çərçivəsindəki topraqlara daxildir.