​Avropa demoqrafik böhrana keçir: əhali yox olur

Baxış sayı:
4780

Avropa doğum səviyyəsinin aşağı düşdüyü və ölüm hallarının azaldığı eraya daxil olub.
Muxalifet.az axar.az-a istinadən xəbər verir ki, bunu “Sputnik Moldova”ya müsahibəsində ekspert Olqa Qaqauz deyib.
“Avropa ölkələrinin böyük əksəriyyət demoqrafik keçid dövrünü yaşayır. Bu, doğum səviyyəsinin aşağı düşməsi, ölüm hallarının azalması deməkdir. Fərqli dövlətlər bu keçid mərhələsinin fərqli mərhələlərində özlərinə yer ediblər. Üstəlik, inkişaf etmiş ölkələrinin əhalisinin sayı miqrasiya axınının hesabına artır. Daha zəif Avropa ölkələrində isə əhali miqrasiya hesabına yox olur” – deyə o bildirib.