Avropa Birliyi 2040-cı ilədək BÖLÜNƏCƏK – ALMAN SSENARİSİ

Avropa İttifaqının sonu yavaş-yavaş gələrkən, Alman ordusu AB-nin 2040-ci ilə qədər dağılacağı fəlakət ssenarilərini müzakirə edir.
 
Alman ordusundan Avropa Birliyi Ssenarisi
 
Bir tərəfdən Kataloniya, bir tərəfdən İngilislər, bir tərəfdən İtalyanlarda yaşanan separatizm dalğasından danışarkən, Avropanın sonuna dair yeni söylənti də Avropa İttifaqının yaradıcılarından olan Almaniyadan gəldi. Alman ordusunun strateqləri tərəfindən hazırlanan bir hesabatda Avropa Birliyinin 2040-ci ilə qədər bölünəcəyinə diqqət çəkildi.
 

ALMAN ƏSGƏRLƏRDƏN FƏLAKƏT SSENARİSİ
 
Alman hərbi strateqləri 2040-ci ilə qədər Aİ-nin dağılacağına dair hesabat hazırladılar. Hesabatda 2040 ilə qədər ola biləcək ssenarilər üzərində dayanılıb.
Alman hərbi strateqlər bir çox ölkənin Aİ-dən ayrılma qərarı alan İngiltərənin yolu ilə gedəcəyini proqnozlaşdırıb. Dünyanın daha da nizamsız bir prosesə daxil olacağı bildirilən məruzədə Aİ-da genişlənmə siyasətinin dayandırıldığı və daha çox ölkənin birlikdən ayrıldığı ssenarisi yer alır.
 

AVROPANIN TƏHLÜKƏSİZLİK SİYASƏTLƏRİ ZƏRƏR GÖRƏCƏK
 
Bundan başqa, dünyanın daha da xaotik bir hal aldığı, münaqişələrin və nizamsızlığın artmasının Almaniya və Avropanın təhlükəsizlik siyasətləri üzərində də ciddi təsirlərə səbəb olacağı nəzərdə tutulub.
 
“Strateji Perspektiv 2040” adlı hesabat, qarşıdakı illərdə yaşanacaq xaosların daha təsirli silahların əmələ gəlməsinə şərait yaradacağına işarə edir.
“Der Spiegel” jurnalının verdiyi hesabatda yer alan ssenarilərə görə, bəzi Avropa ölkələri Rusiya stili "dövlət kapitalizmi" sistemini mənimsəyəcək. Bəzi versiyalarda isə dünyanın daha rahat olacağı proqnozlaşdırılır.

Müxalifət.az