Avropa ABŞ-ın əsirinə çevrilir - Lavrov

Baxış sayı:
7903

ABŞ Rusiyanın Avropadakı sərhədlərində təhlükəli hərbi fəaliyyət aparır.
Muxalifet.az xəbər verir ki, bu sözlər Rusiya Xarici İşlər naziri Sergey Lavrovun Portuqaliyanın “Publika” qəzetində dərc olunan məqaləsində yer alıb.
Onun sözlərinə görə, Avropa ölkələrinin təhlükəsizliyi ABŞ-ın bu siyasətinin əsirinə çevrilir.
O, Ukrayna böhranının ABŞ-ın və onun həmfikirlərinin geosiyasi oyunlarının, AB bürokratiyasının korluğunun nəticəsi olduğunu bildirib:
“Ukraynadakı böhran inam atmosferini dağıdıb. Bu atmosferin yaradılması üçün uzun illər Rusiya və Avropa dövlətlərinin liderləri çalışıblar”.