ASO-dakı Türkmənlər hərbi əməliyyatlara hazırlaşır

Baxış sayı:
2971

Azad Suriya Ordusunun (ASO) aparıcı birliklərindən olan Həmzə Diviziyası, Türkiyənin Fərat çayının şərqində olacaq bir hərbi hərəkatına dəstək hazırlıqlarına başlayıb.
 
 2015-ci ildə terror təşkilatı İŞİD-a qarşı qurulan və Türkmən birliklərindənl ibarət olan Həmzə Diviziyası, Fərat Qalxanı və Zeytun Budağı Hərəkatında ASO çətiri altında Türk Silahlı Qüvvələrinə dəstək vermişdi.
Təxminən 6500 döyüşçüdən ibarət olan qrup, hazırda Türkiyənin Fərat çayının şərqində başlayacağı əməliyyata hazırlaşır.
Müxaliflərin nəzarətindəki Azez rayonunda döyüş taktikaları öyrənən və atış təlimləri aparan qrupun komandirlərindən Seyf Əbu Bəkir, hazırlıqlar barədə açıqlama verib.
Əbu Bəkir, "Hazırda Fəratın şərqində terror təşkilatı PKK və PYD ünsürlərinə qarşı aparılacaq mümkün bir əməliyyata hərbi mənada hazırlıqlar görür, əsgərlərimizi təlim edirik" deyib.
“Orada yaşayan Kürd qardaşlarımızla problemimiz yoxdur. Əksinə, onları terror zülmündən xilas edəcəyik" deyən Əbu Bəkir, "Bütün səylərimizlə Fəratın şərqinə hazırlaşırıq. ASO olaraq hədəfimiz Fəratın şərqindəki vətəndaşlarımızı terror zülmündən xilas etməkdir" deyə söyləyib.
Əbu Bəkir, terror təşkilatının işğal etdiyi ərazilərdəki xalqa təzyiq göstərdiyini və zülm etdiyini vurğulayaraq, "Bu səbəblə hazırlıqlarımızı aparırıq. Zeytun Budağı Hərəkatı ərəfəsində terror təşkilatları zülmündən qaçan Kürd qardaşlarımıza dəstək olduq. Görüşlər keçirdik. Həmzə Diviziyası olaraq Kürdlərdən ibarət bir hərbi birlik yaratdıq. Kürd Şahinləri adını verdiyimiz birlik, təxminən  1200 əsgərdən ibarətdir" deyib.
Kürd Şahinləri Briqadasında döyüşçülərin YPG/PKK-nın törətdiyi cinayətlərə qarşı mübarizə apardığını bildirən Əbu Bəkir, "Onlarla döyüşdülər və buna davam edəcəklər. Kürd Şahinlərinin Zeytun Budağı Hərəkatında təsiri çox böyükdür" deyə qeyd edib.
 
"Türkiyənin dəstəyilə o bölgələri də terrordan təmizləyəcəyik”
 
Əbu Bəkir, YPG/PKK-nın hazırda Tel Rifat rayonunu işğal etdiyini xatırladaraq, “Zeytun Budağı Hərəkatından sonra terror təşkilatı, Şehba və Tel Rifatt bölgəsində daha çox möhkəmləndi. Siyasi və hərbi mənada Türkiyənin dəstəyilə o bölgələri də terror təşkilatlarından təmizləyəcəyik" deyib.
Müxalifət.az