​"Arsenal" London derbisində "Tottenhem"i məğlub edib

Futbol üzrə İngiltərə Premyer liqasının 12-ci tur matçında "Arsenal" öz meydanında "Tottenhem"i 2:0 hesabı ilə məğlub edib.
Muxalifet.az Report-a istinadən xəbər verir ki, oyunda qolları müdafiəçi Şkodran Mustafi və forvard Aleksis Sançes vurub.
"Topçular" bu qələbə sayəsində xallarının sayını 22-yə çatdıraraq turnir cədvəlinin 5-ci pilləsinə yüksəliblər. "Tottenhem" 23 xal ilə üçüncü yerdə qərarlaşıb.