Ankaradan İraq kürdlərinə XƏBƏRDARLIQ: “Referendumun bədəlini ödəyəcəksiz”
14-09-2017 12:40

Türkiyə Xarici İşlər Nazirliyi İraq Kürdüstanında planlaşdırılan müstəqillik referendumuna qarşı çıxıb.
Türkiyə KİV xəbər verir ki, verilən açıqlamada Kürd muxtariyyətinin bu addıma görə cavab verməli olacağını deyib.
“Əgər Kürd regional hökuməti referenduma getsə, bunun bədəlini ödəyəcək. Onları bu cür yanaşmadan çəkinməyə çağırırıq”.
İraq Kürdüstanı sentyabrın 25-nə müstəqillik referendumu təyin edib.