Angela Merkel Ermənistana gəldi
24-08-2018 15:11
Baxış sayı:
1249

Cənubi Qafqaz səfəri çərçivəsində Gürcüstandakı görüşlərini başa vuran Almaniya kansleri Angela Merkel bu gün Ermənistanın paytaxtı Yerevana gedib.
Muxalifet.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, Merkeli hava limanında baş nazir Nikol Paşinyan qarşılayıb.
Qeyd edək ki, Almaniya kansleri Ermənistan səfərini başa vurandan sonra - sabah Bakıda olacaq.