Alman kəşfiyyatında bir Türk təyinatı

Baxış sayı:
2797

Almaniyada daxili kəşfiyyatdan məsul Federal Konstitusiyanı Qoruma Təşkilatının ikinci şəxsinin Sinan Selen adlı bir Türkün olacağı irəli sürülüb. Almaniyanın “Fokus” jurnalı, ilk dəfə bir miqrantın ölkənin kəşfiyyatında əsas vəzifəyə gələcəyini yazıb.
 
Bununla da bir Türk, ilk dəfə ölkənin xüsusi xidmət orqanında önəmli bir mövqeyə gəlmiş olacaq. Məlumata görə, Sinan Selenin vəzifəyə nə vaxt başlanacağı hələ məlum deyil.
Köln Universitetində hüquq təhsili alan Selen, hüquq-mühafizə orqanlarında 2000-ci ildən işləməyə başlayıb. 2000-ci ildə Federal Asayiş Dairəsinə işə qəbul olunub. 2006-ci ildə şəhərətrafı qatarlara hücum həyata keçirən edən radikal İslam terrorçularına qarşı istintaq aparan qrupa rəhbərlik edib.
 
TERRORLA MÜBARİZƏNİN RƏHBƏRLİYİNƏ GƏTİRİLDİ
 
Sonra Selen, Federal Daxili İşlər Nazirliyi Beynəlxalq Terrorizmlə Mübarizə Orqanının rəhbərliyinə gətirilib. Beynəlxalq terrorizmlə mübarizə məsələsində ölkənin mühüm mütəxəssisləri arasına girən Selen, 2016-da Federal Daxili İşlər Nazirliyindəki vəzifəsindən ayrılıb. Dünyanın ən böyük turizm şirkətlərindən biri olan TUİ-nin dünya miqyasında təhlükəsizlik konsepsiyasına rəhbərlik edib.
Müxalifət.az