“Ağzından bir sözdü çıxarıb, o da…” - Aşıqlar Elnarə Abdullayevaya “hücum çəkdi”

Baxış sayı:
11905

Əməkdar artist Elnarə Abdullayevanın "Xanımdan aşıq olmaz" sözlərinə aşıqlar sərt reaksiya bildirib. Aşıq Samirə Əliyeva "Show news" verilişinə açıqlamasında xanəndəni lağa qoyub: "Elnarə xanım tez-tez hikmətli sözlər deyir. İnsanı düşünməyə və düşündürməyə vadar edir, belə də davam etsin. Çox ağıllı fikir söyləyib. Sözdür budu? Gülürəm o sözə, vəssalam. Gülüncdür. Yox bir, hələ imtahan da verəcəm". "Elnarə xanım, bir sözdür deyib. Yəqin çaşıb. Sənətin kişisi, qadını yoxdur. Elnarə nəyinsə xatirinə deyib. Ağzından bir sözdü çıxarıb, o da uçub gedib" deyə, aşıq Ulduz Sönməz deyib. Sədaqət Ulduzqızı da Abdullayevanın sözlərinə sərt reaksiya verənlərdən olub. O, müğənnini tənqid edib: "Söz deyəndə, bilməlidir ki, sənətkar kimdir, nədir, yaradıcılığı necədir. Görmür ki, qadın aşıqlar var? O vaxt anam ona demişdi ki, "Elnarə, nədir demisən". Qayıtmışdı ki, ağzımdan çıxdı da. Sənəti və sənətkarın əziyyətini inkar etmək olmaz". Aşıq Telli Borçalı isə qalmaqala qoşulmaq istəməyib və "Heç nə demək istəmirəm. Yalandan nə deyim? Elnarə nə düşünür, özü bilsin" söyləyib.