Ağcabədi sakini ad günündə dostunu qətlə yetirib

Baxış sayı:
6887

Ağcabədi rayonunda qətl hadisəsi baş verib. Məlumata görə, rayon sakini Cavid Quliyev ad günü məclisində dostu Kərim Sultanovu bıçaqlayıb. Bir neçə bıçaq xəsarəti alan K.Sultanov rayon mərkəzi xəstəxanasına çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyib. Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır./oxu.az