Ağ Evdə “Fələstin” müzakirəsi: ABŞ-ın YENİ QƏZZA OYUNU

Baxış sayı:
5785

Trampın Fələstin-İsrail məsələləri üzrə müşaviri Jason Greenblatt, “Vaşinqton Post” qəzetində qələmə aldığı məqalədə gələn həftə Ağ Evdə əsas ölkələr və mütəxəssislər ilə birlikdə Qəzzadakı humanitar vəziyyəti dəyərləndirəcəklərini bildirib.
 
Çünki bir müddətdir Misirin paytaxtı Qahirədə Qəzzanı faktiki olaraq əlində tutan “Həmas” rəhbərlər ilə Misir rəhbərliyi arasında davam edən danışıqlardan sonra Qahirədəki danışıqların məzmununa dair bəzi məlumatlar verilib. Paytaxtı Əbu Dis olan və Qəzza ilə Qərbi Şeria şəhərləri arasında olacaq məhdud bir Fələstin dövləti layihəsinin əslində “Həmas”ı neytrallaşdırma planı kimi də dəyərləndirilir.
Bir müddətdir davam edən müzakirələrin Qəzzanın Fələstin dövlət başçısı və Fəth Hərəkatının lideri Mahmud Abbasın hakimiyyətinə təhvil verilməsi yönündə getdiyi bildirilsə də, əslində danışıqlarda "Fələstinin paytaxtının Qüds deyil, Əbu Dis olmasının danışıldığı" bildirilir.
 
İSRAİL CASUSU DAHLAN GÖZLƏMƏDƏDİR
 
Bu məqamda İsrail-Mısır-ABŞ koalisiyanın Qəzza üçün düşündüyü şəxsd “Fəth”dən qovulan İsrail casusun Məhəmməd Dahlandır. İddialara görə, Mahmud Abbasın xəstəliyinə dair xəbərlərin yayıldığı bu günlərdə, Qəzzadakı humanitar fəlakət, Dahlanın yenidən səhnəyə çıxması üçün istifadə edilir. Özü də Qəzzada olan Fələstinli siyasətçinin xilaskar kimi xalqa təqdim ediləcəyi planın işləməsi üçün Həmasın müqavimətinin qırılması vacib hesab edilir.
 
İQTİSADİ BÖHRAN DƏRİNLƏŞİR
 
 ABŞ-ın gündəminə girən Qəzzada iqtisadi böhran Fələstinlilər üçün dözülməz bir hal alıb. Fələstinli İş adamları dərnəyinin sədri Əli el-Hayık, Qəzzada istehlak gücünün 60 faizdən çox azaldığını bildirib. Hayık, yazılı açıqlamasında, "İqtisadi göstəricilər, Qəzza sakinlərinin çətin həyat şəraitinə yaxın aylarda dözə bilməyəcəyini göstərir. Qəzzada həyatın müxtəlif sahələrində tam dağılma prosesi gedir” deyə bildirib. Qəzzadakı yoxsulluğun 80 faiz, işsizliyin isə 50 faiz yüksəldiyini vurğulayan Hayık, iş imkanlarının olmadığını, dövlət və özəl sektorun daha çox işçini işlə təmin edə bilmədiyini qeyd edib. Təxminən 2 milyon Fələstinlinin yaşadığı Qəzza 2006-cı ildən bu yana İsrailin quru, hava və dəniz blokadası və embarqosu altında əzilir.
 
Paytaxt ƏBU DİS İDDİASI HARADAN ÇIXDI?
 
Bu iddia şəxsən Mahmud Abbas tərəfindən yanvar ayında ifadə edilmişdi.
Müxalifət.az