Adnan Oktarın banklarda yatan şok sərvəti

Baxış sayı:
3904

Adnan Oktar və qrupunun sərvəti insanlarda şok yaradıb. MASAK-ın (Maliyyə Cinayətləri Araşdırma Komitəsinin) göndərdiyi hesabatlardan sonra düyməyə basan polisin apardığı araşdırmalara görə, Oktarın sərvəti 1 milyard dollara yaxınlaşır.
 
Adnan Oktarın rəhbərlik etdiyi cinayət təşkilatına qarşı keçirilən əməliyyatda yeni detallar oraya çıxıb. Casusluq, uşaqlara cinsi istismar, inanc istismarı kimi bir çox cinayət aşkar edilən Adnan Oktarın təşkilata zorla gətirilən qadınlara ruh və ağıl sağlamlığı müalicəsində istifadə olunan dərmanlar verərək kölə halına gətirdiyi iddia edilib. Verilən ifadələri əsas götürərək hüquq-mühafizə orqanları, təşkilat lideri Adnan Oktar və nəzarətindəki hər kəsdən qan analizi üçün nümunələr götürüb. Əməliyyatdan sonra bütün təşkilat üzvlərindən qan nümunələri alınaraq analizə göndərildiyi bildirilib.
 
BANK HESABATLARI GƏLDİ
 
“Yeni Şəfəq” qəzetinin xəbərinə görə, Maliyyə Cinayətləri Araşdırma Heyəti tərəfindən (MASAK) göndərilən hesabatla əməliyyatın startını verən polis dəstələri, Oktar və üzvlərinin bank hesablarını da araşdırmağa başlayıb. İlkin məlumatlara görə, 200 milyon dollar sərvəti olan Oktarın sərvətinin daha çox olduğu bildirilir. Banklardan gələn hesabatları dəyərləndirən polis, Oktarın sərvətinin 1 milyard dollara yaxın bir rəqəmə çatacağını proqnozlaşdırır. Digər tərəfdən, təşkilatın, maddi gücünü istifadə etdiyi bəzi üzvlərini təşkilatdan çıxardığı irəli sürülüb. Aldadılaraq təşkilata üzv edilən bəzi qadınların mal varlıqlarını itirdikdən sonra təşkilatdan çıxardığı və bu qadınların intihar həddinə gəldiyi müəyyən edilib.
Müxalifət.az