ABŞ və Türkiyə heyəti görüşdü: HANSI QARŞILIQLI İSTƏKLƏR OLDU?

Baxış sayı:
2413

NTV-nin bildirdiyinə görə, Türk nümayəndə heyəti ilə ABŞ nümayəndə heyəti, F-35 döyüş təyyarəsi, S-400 müdafiə sistemləri və terror təşkilatı PKK məsələsini müzakirə edib.
 
ABŞ HEYƏTİNİN TÜRKİYƏDƏN İSTƏDİKLƏRİ
 
ABŞ nümayəndə heyəti, Türkiyənin S-400-lərdən imtina etdiyi təqdirdə F-35-lərlə bağlı sanksiyaların götürüləcəyi mesajını verib. Heyətin, "Münasibətlərin yaxşılaşmasını istəyirik. S-400-lərdən əl çəkin, F-35-lər üçün maneə qalxsın" dediyi bildirilib.
 
TÜRK HEYƏTİNİN ABŞ-dan İSTƏDİKLƏRİ
 
ABŞ nümayəndə heyəti, Türkiyə ilə münasibətlərin yaxşılaşdırılması mesajını verərkən, Türk heyəti də ABŞ Konqresinin Türkiyəyə qarşı mənfi mövqeyini dəyişməsini istəyib. Türk heyəti, terror təşkilatı PKK ilə mübarizədə ABŞ-ın üzərinə düşəni yerinə yetirmədiyini, daha çox əməkdaşlıq etməsinin lazım olduğunu bildirib.
Müxalifət.az