ABŞ-ın Türkiyəyə S-400 təhdidinə Rusiyadan iki təcili cavab!

Baxış sayı:
4972

ABŞ-ın Müdafiə Nazirliyinin sözçüsü Çarles Summer-sin Türkiyənin Rusiyadan S-400 raketdən müdafiə sistemlərini almasının iki ölkənin hərbi əlaqələri baxımından ağır nəticələri doğuracağı şəklindəki açıqlamasını şərh edən Rusiya senatoru Vladimir Cabarov, Vaşinqtonun bütün təzyiqlərinə baxmayaraq Ankaranın seçdiyi xəttdən sapma niyyətində olmadığını söyləyib.
 
 Rusiyadan bir açıqlama da S-400-ü istehsal edən Rostech şirkətindən verilib.
Rusiya dövlət müdafiə sənayesi şirkəti Rosteçin Beynəlxalq Əməkdaşlıq və Regional Siyasətlər direktoru Viktor Kladov, S-400 raketdən müdafiə sistemlərinin Türkiyəyə tədarük edilməsi əməliyyatlarının problemsiz bir şəkildə irəlilədiyini bildirib.
Kladov, "Türk səlahiyyətlilərinin istədiyi bu sistemi vaxtında tədarük etmək istəyirik, indiyə qədər razılaşma düzgün bir şəkildə davam edir".
Birləşmiş Ştatların Rosteç şirkəti və tərəfdaşlarının arasına girmək kimi problemlərlə nə qədər intensiv qarşılaşdıqlarıı sualına Kladov, "Biz tərəfdaşlar və potensial tərəfdaşlar ilə əməkdaşlıq edirik, ABŞ-ın istəməsindən asılı olmayaraq bu ticarətdir, onlar yalnız işgüzar əlaqələrdir".
Müxalifət.az