ABŞ-ın təhdidinə Türkiyədən SƏRT CAVAB - "Noyabr ayının sonuna qədər..."

Baxış sayı:
3448

Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın dünənki çıxışında ABŞ ilə Türkiyə arasında son günlərdə yaranmış gərgin vəziyyət barəsində danışıb: “Bildiyiniz kimi, son günlərdə ABŞ ilə aramızda bir gərginik mövcuddur. Burada davam edən ədliyyə prosesi ilə bağlı Amerikan rəsmiləri təhdid dolu açıqlamalar verirlər... Türkiyə əsla heç bir təhdidə görə geri çəkilməz. Təhdid ifadələrinin qəbul edilməsi mümkün deyil. Xüsusilə də ABŞ-ın Türkiyədə davam edən istintaq prosesini bəhanə edərək Türkiyəyə qarşı təhdidkar dillə danışması əsla qəbuledilməzdir. Amerika məqamlarının PYD-ni himayə eləməsi və FƏTÖ ilə mübarizə məsələsində addım atmadığı nəzərə alındıqda, Türkiyənin nə qədər haqlı mövqe tutduğu aşkar görünür. Biz rasional mövqeyimizə sadiq qalacağıq”.

“Türk məhkəməsinə kənardan təlimat verilməsindən söhbət gedə bilməz. Belə bir addım atılcağı təqdirdə Türkiyənin də planları hazırdır”.

İ.Kalın prezident R.T.Ərdoğanın cümə günü açıqlayacağı 100 günlük icra proqramının detallarından da danışıb: “Cümə günü prezidentimizi 100 günlük icra proqramını paylaşacaq. Bu proqram çərçivəsində 400 layihənin detallatı kabinetin iclasında müzakirə edilib... 2019-2023 dövrünə aid strateji plan isə noyabr ayının sonuna qədər hazır olacaq”(hurriyyet.org).