ABŞ əsgəri öldürüldü
24-11-2018 11:53
Baxış sayı:
7615

NATO üçün Əfqanıstanda xidmət edən ABŞ əsgəri öldürülüb. Beləliklə, son 1 ildə ölən Amerikalı əsgər sayı 8-ə yüksəlib.
NATO-ya bağlı Qətiyyətli Dəstək Missiyasında xidmət edən ABŞ əsgərinin ölümü ilə bağlı detalların yaxın saatlarda açıqlanması gözlənilir.
Qeyd edək ki, Əfqanıstanda 14 min ABŞ əsgəri var. 2001-də Əfqanıstanı işğal edən ABŞ, 17 ildə 2400 əsgərini itirib.
Müxalifət.az