ABŞ senatorundan Səudiyyəyə qarşı yeni “sanksiya” layihəsi

Baxış sayı:
6058

“Bloomberg”-in xəbərinə görə, Nyu Cersi ştatının senatoru Menendez Konqresə Qaşıqçı cinayətinə dair ABŞ rəhbərliyinin daha sərt təpki verməsini təmin edəcək bir qanun layihəsi təqdim etməyi planlaşdırır. Menendez etdiyi açıqlamada, özü və 21 digər senatorun Səudiyyə Ərəbistanına Qlobal Magnitsky Qanunu çərçivəsində sanksiya tətbiqi məsələsində prezident Donald Trampa göndərdiyi məktuba hələ cavab almadıqları üçün hərəkətə keçdiyini bildirib. Sözügedən qanun layihəsinin keçən il ABŞ Konqresinə təqdim olunan və ABŞ-ın Səudiyyə Ərəbistanına silah satışını, Yəməndəki daxili müharibədə Səudiyyə Ərəbistanı rəhbərliyindəki koalisiya təyyarələrinə yanacaq dəstəyi göstərilməsini və Qaşıqçı cinayətilə əlaqəli şəxslərə sanksiya tətbiq edilməsini nəzərdə tutan qanun layihəsinin yenilənmiş bir versiyası olacaq. Tramp rəhbərliyinin keçən il Qaşıqçı cinayətilə bağlı bəzi Səudiyyə Ərəbistanının sakinilərinə sanksiya tətbiq etdiyinə, ancaq cinayətdən məsul tutulan vəliəhd şahzadə Məhəmməd bin Salmana yönəlik bir addım atmadığını deyən Menendez, yeni qanun layihəsinin birbaşa varis şahzadəni hədəf alacağını da vurğulayıb. Digər tərəfdən, “Bloomberg”-ə açıqlama verən bir səlahiyyətli, ABŞ Xarici İşlər Nazirliyinin senatorların Trampa göndərdiyi Qlobal Magnitsky Qanunu məktubuna cavab verilməsi üçün 8 fevrala qədər müddəti olduğunu və Senatın Xarici Əlaqələr Komitəsinin bu tarixə qədər gözlədikdən sonra qanun layihəsini müzakirə edəcəklərini bildirib. Müxalifət.az