ABŞ sanksiyası Rusiyanın Su-35 təyyarəsini satmağa əngəl oldu

Baxış sayı:
1480

İndoneziya, ABŞ sanksiyalar tətbiq etdiyi təqdirdə Rusiyanın Su-35 təyyarələrinin alınması ilə bağlı müqaviləni ləğv edə bilər.
 
“Janes” xəbər portalında yer alan xəbərə görə, İndoneziya Hərbi Hava Qüvvələrinin rəsmi nümayəndəsi Novyan Samiega, ehtimal olunan ABŞ sanksiyalarından dolayı Rus istehsalı Su-35 qırıcı təyyarələrinin tədarükü ilə bağlı müqavilənin ləğv edilə biləcəyini bildirib.
İndoneziya Hərbi Hava Qüvvələrinin rəsmi nümayəndəsi Novyan Samiega, ABŞ, Rusiya silahlarının satın alınması üçün Cakartaya sanksiya tətbiq etdiyi təqdirdə, daha əvvəl imzalanmış müqavilənin bir hökmü qalmayacağını qeyd edib.
“IHS Janes Defence Weekly” xəbər saytı, ABŞ-ın sərt sanksiyalar tətbiq etdiyi təqdirdə, İndoneziyanın Rus təyyarəsinə alternativ axtarmaq məcburiyyətində qalacağını və ən uyğun variantın də Amerikan F-16 olduğunu yazıb.
Müxalifət.az