ABŞ Rusiyaya qarşı robot gəmilərdən ibarət dəniz donanması yaradır

Baxış sayı:
12142

Vaşinqton mərkəzli hərbi analiz jurnalı “The National Interest” (NI) ABŞ Dəniz Qüvvələrinin robot texnikası ilə donanmada yer alan gəmilərin sayını artırmağı planlaşdırdığını yazıb.
 
Jurnalda, donanma komandirlərinin hazırda yüzlərlə hərbi-dəniz donanmasının xidmət etdiyi böyük Amerika gəmilərinin Rus və Çin raketləri qarşısında mühafizəsiz olmasından narahat olduqları qeyd olunub.
Vaşinqtonun 10 böyük insansız gəmi və 9 böyük robot sualtı gəmi satın almaq üçün təxminən 4 milyard dollar xərcləmək niyyətində olduğu və gələcəkdə bu rəqəmin əhəmiyyətli dərəcədə artacağına diqqət çəkilib.
Jurnala açıqlama verən kontradmiral Randy Crites yeni robot gəmilərin həm görmə, həm də hücum funksiyalarını yerinə yetirəcəklərini bildirib. Crites gəmilərin həcmcə daha kiçik və daha müstəqil olacaqlarını, eyni zamanda qiymətlərinin aşağı olacağını qeyd edib.
ABŞ-ın bütün bunların yanında insansız gəmi və sualtı donanmasının komandanlıq mərkəzi funksiyasını yerinə yetirəcək olan yeni bir freqat inkişaf etdirdiyi bildirilib. Xəbərdə, 2020-ci ilin hərbi büdcəsində ümumi sayı 20 ədəd düşünülən bu freqatların ilkinin inşası üçün 1.3 milyard dollar ayrılacağı vurğulanmışdır.

Müxalifət.az