ABŞ Ərdoğanın buna sahib olmasını qəbul edə bilmir - Rus ekspert
20-11-2018 21:08
Baxış sayı:
6229

ABŞ Müdafiə Nazirliyi və ABŞ Konqresi Türkiyəyə Rusiya S-400 raket əleyhinə müdafiə sisteminə alternativ olaraq nə təklif edəcəkləri istiqamətində dəyərləndirmələr aparır.
Muxalifet.az xəbər verir ki, bu sözləri rusiyalı hərbi ekspert İqor Korotçenko bildirib.
Korotçenko ABŞ-ın Türkiyənin öz hava məkanında tam nəzarət sahibi olmasını qəbul edə bilmədiyini deyib:
"S-400-ün alternativi yoxdur, çünki ABŞ-ın Patriot PAC 3 sistemi taktika və texniki xüsusiyyətləri baxımından S-400-dən geridir. Türkiyə Baş Qərargahı sistemlərin xüsusiyyətlərini əsas tutdu və burada hər şey Rusiyanın xeyrinə oldu".