ABŞ Qüds məsələsində kral Abdullaha təzyiq edir

Baxış sayı:
22690

 İşğalçı İsrail və ABŞ rəhbərliyinin Qüdsdə tətbiq etmiş olduğu siyasətlərə qarşı sərt çıxan və bu həftə içərisində, “Qüds bizim qırmızı xəttimizdir” açıqlaması edən İordaniya kralı Abdullahın ABŞ və ərəb ölkələri tərəfindən təzyiqə məruz qaldığı ortaya çıxıb.
 
İordaniya parlamentinin millət vəkili Yəhya Nikab Khaleej “Online” xəbər saytına verdiyi açıqlamada, "Kral Abdullah “Qüds bizim qırmızı xəttimizdir" açıqlaması edəndə bir çox ölkəyə mesaj göndərmişdi. Ancaq bu bəyanatdan sonra İordaniya kralı Abdullaha qarşı təzyiqlər artıb" deyib.
Millət vəkil Yəhya Nikab İordaniyaya Qüds məsələsində təzyiq etməyə çalışan ərəb ölkələrinin adlarını isə açıqlamayıb.
Qeyd edək ki, İordaniya kralı Abdullah ötən günlərdə verdiyi açıqlamada, "Qüds bizim qırmızı xəttimizdir. Qüdsün İsrail tərəfindən universitet şəhərciyi halına gətirilməsinə qarşı çıxırıq" demişdi.
Müxalifət.az