ABŞ Orta Şərqdə NƏ ÜÇÜN MÜHARİBƏ İSTƏYİR?

Baxış sayı:
6211

Öz mənfəətləri istiqamətində terror təşkilatlarına dəstək verən ABŞ-ın, Orta Şərqə silah satışı 25 faiz artıb.
 
Suriyada illərdir davam edən vətəndaş müharibəsi, milyonlarla insanın ölümünə və yaralanmasına səbəb olub. İnsanlar evlərini tərk edib, qaçqın vəziyyətinə düşüb.
 
QAZANAN KİMDİR?
 
Baş verən münaqişələrin tək qazananı Amerikalı silah tacirləri olub.
 
AMERİKANIN SİLAH SATIŞLARI QALXDI
 
2013-2017-ci illərdə aparılan araşdırmaya görə, Amerikanın Orta Şərqə silah satışı 25 faiz artıb.
 
SİLAH TACİRİ 5 ÖLKƏ
 
Dünyanın ən böyük silah satıcısı olan 5 ölkə, ABŞ, Rusiya, Fransa, Almaniya və Çin, 2013-2017 illər ərzində dünya miqyasında cəmi silah satışının 74 faizini həyata keçirib. Bu sahədəki liderliyini davam etdirən ABŞ-ın ümumi satışlar içindəki payı 34 faizdir.
 
198 ÖLKƏYƏ SATIŞ
 
2008-2017 illər arasındakı ixracını 25 faiz artıran ölkə, ən yaxın rəqibi Rusiyadan 58 faiz daha çox silah satışı edib. Bu dövrdə 198 ölkəyə silah satan ABŞ-ın Orta Şərq ölkələrinə etdiyi satışlar cəmi satışlarının 49 faizini təşkil edir.
Müxalifət.az