ABŞ mətbuatı yazdı, Tramp Putinlə görüşdən İMTİNA ETDİ - Təhlil

Baxış sayı:
12991

“Wall Street Journal” nəşri: Putini Ukrayna üçün cəzalandırmaq lazımdır…
 
Həftə sonu Rusiyanın Ukrayna hərbi gəmilərinə hücumu ölkələr arasında onsuz da mövcud olan gərginliyi daha da artırdı. ABŞ-ın nüfuzlu “Wall Street Journal” nəşri yazır ki, prezident Tramp bu hadisədən "narazı" olduğunu bəyan etdi, dövlət katibi Mark Pompeo isə "Rusiyanın aqressiv hərəkətlərini" qınadı. Müəllifin fikrincə, amma bütün bunlar yetərli deyil:
“Sərt ritorika faydalıdır, amma xüsusən bu məsələdə ABŞ və Avropa əməkdaşlıq etsələr, konkret tədbirlər zəruridir.
Başlanğıc üçün Putini çox can atdığı hörmətdən beynəlxalq səviyyədə məhrum etmək lazımdır və Argentinada keçiriləcək G-20 sammiti Rusiya rəhbərini izolyasiya etmək imikanı verəcək. Tramp Kerç boğazındakı hadisələr zamanı Moskvanın ələ keçirdiyi Ukrayna dənizçilərinin Rusiya tərəfindən bir işarə jesti olaraq azad olunması gözləntisi ilə Putinlə görüşünü təxirə sala bilər.

Rusiya iqtisadiyyatının Qərbin istifadə edə biləcəyi daha bir zəif yeri var. Konqress yeni maliyyə sanksiyalarını nəzərdən keçirir və iri rus banklarının əleyhinə cəza tədbirləri, yaxud Rusiyanın dövlət  istiqrazlarına amerikan investisiyalarinın qadağan oluması Putin rejiminin maliyyə vəziyyətini daha da ağırlaşdıracaq. Belə sanksiyalar Avropa İttifaqı ilə birgə həyata keçirilərsə, daha da effektiv nəticə verər.
Amma bu cəza tədbirlərini İtaliya və Yunanıstan kimi ölkələrdə də tətbiq emtək daha çətin olacaq. Belə ki, Avropa köhnə dünya ölkələrində rus cəsusluğunu sübut edən yeni dəlillər əldə edib və bu çoxlarını düşünməyə vadar edir.
Almaniyanı xüsusi olaraq xatırlatmaq lazımdır. Belə ki, qazin Rusiyadan Avropaya nəql olunacağını planlaşdıran "Şimal axını-2" boru xətti sayəsində Berlin çox əhəmiyyətli təsir rıçaqlarına malik olacaq. Putin ümid edir ki, Baltik dənizinin dibinə döşənmiş qaz xətti ilə Avropanın boğazındakı enerji boyunduruğunu sıxaraq, prosesi ləngidə və Ukraynanı, həmçinin digər Şərqi Avropa ölkələrini tranzit gəlirlərindən məhrum edə bilər. Amma ABŞ sıxılmış təbii qazın eksportunu genişləndirdiyinə görə, bu qaz kəməri artiq o qədər də əhəmiyyətli görünmür. İndi kansler Angela Merkelin bu məsələni dövlət səviyyəsində müzakirəyə çıxarmasının tam vaxtıdır. Qeyd edək ki, bu məsəlnin əleyhinə, nüfuzuna görə Almaniyada ikinci olan "yaşıllar”ın lideri çıxış edir. "Yaşılların" lideri Cem Özdemir bu il xəbərdarlıqla çıxış edib:
"Əgər biz istəyiriksə ki, Putin bizi ciddi qəbul etsin, gəlin, sadəcə "Şimal axını-2" ni dayandıraq”.

NATO birliyin üzvü olmayan Ukraynanı birbaşa müdafiə etməli deyil, amma birliyin əməkdaşlığın nümayişi çərçivəsində Qara dənizdə varlığının genişləndirilməsi barədə düşünməyə dəyər. Vaşinqton və onun müttəfiqləri Rusiyanın Azov dənizi ərazisində hərəkətlərinin davam etməsi halında, onun xərclərinin artması üçün Ukraynaya əlavə hava silah-sursatları, həmçinin gəmi əleyhinə raketlər göndərə bilər.
Rusiya Ukraynaya yalnız problem yaratmır, həm də təxirəsalınmaz xarakterli problemlər yaradır. Putin öz təsirini Şimal qütbündən Afrikaya kimi yaymağa çalışır və əgər son hadisələrə təsirli cavab verilməzsə, Rusiya yeni təhqirlərə davam edəcək”.
 
Ülviyyə ŞÜKÜROVA,
 
Muxalifet.az
 
Redaksiyadan: Son məlumatlara əsasən, ABŞ Prezidenti Donald Tramp Argentinada baş tutan G20 ölkələri liderlərinin zirvə sammitində rusiyalı həmkarı Vladimir Putinlə görüşdən imtina edib.