ABŞ Mosulu bombaladı: 14 İŞİD-çi məhv edildi
23-11-2018 23:02
Baxış sayı:
3376

ABŞ koalisiyasının İraqın Mosul şəhərinin şimal-qərbinə endirdiyi aviazərbələr nəticəsində 14 İŞİD-çi öldürülüb.
Muxalifet.az xəbər verir ki, əməliyyatın Atşane dağlarındakı İŞİD hədəflərinə qarşı keçirildiyi bildirilib.
Qeyd edək ki, İŞİD-in 3 il nəzarətdə saxladığı Mosul 2017-ci ildə azad edilmişdi.