ABŞ-la Çin arasında gərginlik: Bəyannamə imzalanmadı
18-11-2018 20:02
Baxış sayı:
1642

Asiya Sakit okean İqtisadi Əməkdaşlıq Sammitində ABŞ ilə Çin arasındakı münaqişə ilə bağlı liderlər yekun bəyannamə üzərində razılıq əldə etməyib.
Muxalifet.az xəbər verir ki, bu barədə məlumatı sammitə ev sahibliyi edən Papua Yeni Qvineyanın Baş naziri Peter Onil verib.
Onil bütün dünyanın ABŞ ilə Çin arasında yaşanan gərginlikdən dolayı narahat olduğunu bildirib.
Qeyd edək ki, Sakit okean ölkələri arasında son 29 ildə ilk dəfə bir sammitdə bəyannamə imzalanmayıb.