ABŞ-ın İsrailin nüvə sınaqlarını gizlətməsi haqda informasiyalar yayıldı...

Baxış sayı:
16837

Ağ Evin İsrailin nüvə bombası sınaqlarını gizlətməsi haqda məlumatlar yayılıb. 
Maraqlıdır ki: bu cür informasiyaları İsralin öz mediası da dərc edib.  Xəbərdə deyilir ki, “Həmas”ın  internet nəşri  olan “Fələstin Məlumat Mərkəzi” 40 il öncə  Qərb KİV-in Atlantik okeanının cənub-şərqində Pentaqonun himayəsi altında İsrail və Cənubi Afrika Respublikasının keçirdiyi nüvə sınaqları ilə bağlı yaydığı xəbərlərə diqqət çəkib. ABŞ-ın o zamankı prezidenti Cimmi Karter  həmin sınaqlar barədə məlumatları gizli saxlamağa qərar verib. Peyklərdən gizlənmək üçün buludlu havada ümumilikdə 5-dək sınaq keçirildiyi iddia edilir. Amma havadakı radiasiya izləri təşkilatçıları ələ verib.../moderator