ABŞ İŞİD-dən bu məqsədlə istifadə edir - Lavrov

ABŞ İŞİD-dən Suriyada Bəşər Əsəd rejimini devirmək üçün istifadə edir.
Muxalifet.az xəbər verir ki, bu sözləri Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov deyib. O, ABŞ-ın Suriya ilə bağlı əsas məqsədlərindən danışıb:
“ABŞ Dövlət Katibliyi İŞİD-in məğlub edilməsi üçün əsas şərtin Suriyada iqtidar dəyişikliyi və bütün iranlı və İran tərəfdarı qüvvələrin ölkədən çıxarılması olduğunu açıqlayıb. Bu, İŞİD-in Suriya iqtidarı ilə mübarizədə az qala müttəfiq olduğuna dair uzaqgörənliyimi təsdiqləyir. Əsas hədəfləri iqtidarı dəyişdirməkdir”.
Lavrov İŞİD-in əsas məskəninin Fəratın şərq sahilində - ABŞ-ın nəzarətindəki bölgədə yerləşdiyini və burada Rukban sığınacağının olduğunu söyləyib.
Rukban düşərgəsində ABŞ tərəfindən toxunulmaz elan edilən minlərlə qaçqının olduğunu deyən Lavrov ABŞ-ın bu bölgədəki mövcudluğunu da qaçqınlar vasitəsilə qanuni göstərməyə çalışdığını vurğulayıb
Qeyd edək ki, Suriyanın Tanf bölgəsində ABŞ-a məxsus hərbi baza yerləşir.