ABŞ İran qüvvələri ilə döyüşlərə hazırlaşır

Baxış sayı:
4447

 ABŞ-ın İsrail və İordaniya üzərindən İraqa əsgər göndərəcəyi iddia edilib.
 
İsrailin Mossad Kəşfiyyat Xidmətini ilə yaxınlığı bildirilən “Debka” xəbər saytı ABŞ-ın İraqa İsrail və İordaniya üzərindən əsgər göndərəcəyini iddia edib.
“Debka” xəbər saytının iddiasına görə, İraq-Suriya sərhədində yerləşən İran dəstəkli milis güclərlə müharibə aparmaq üçün ABŞ Rumıniya və Bolqarıstandakı əsgərləri hazır vəziyyətə gətirib və ABŞ-lı əsgərlər bölgəyə İsrail və İordaniya üzərindən nəql ediləcək.
Bölgədəki Şiə milis güclərilə döyüşəcək Amerikalı əsgərlərin bir qisminin 6 martda göndərildiyi və döyüş üçün hazır vəziyyətə gətirildiyi də xəbərin içində yer alıb.
ABŞ-ın İraqdakı hərbi mövcudluğuna dair mövcud İraq rəhbərliyi ilə çətinliklər yaşadığını da iddia edən “Debka”, 8 martda ABŞ-ın xarici işlər naziri Pompeonun İraqın xarici işlər naziri ilə həyata keçirdiyi telefon danışığında, ABŞ-ın İraqdakı hərbi mövcudluğunun təhlükəsizliyindən narahatlıqlarını dilə gətirdiyini açıqlayıb.
Müxalifət.az