"ABŞ-İran müharibəsi İraqı məhv edər" – Müqtəda əl Sadr

Baxış sayı:
4168

İraqdakı “Sadr” Hərəkatının lideri Muqtəda əl Sadr ölkəsinin ABŞ və İran arasında müharibə ehtimalına qarşı ciddi bir münasibət ortaya qoymadığı təqdirdə, iki tərəf arasındakı müharibənin İraqın sonunu gətirəcəyi xəbərdarlığını edib.
 
Muqtəda əl Sadr sosial media hesabından verdiyi açıqlamada, "Mən İranla ABŞ arasında müharibənin tərəfdarı deyiləm. İraqın bu müharibəyə sürüklənib, iki ölkə arasında döyüş sahəsinə çevrilməsinin əleyhinəyəm. Əgər biz İraqda birlik nümayiş etdirərək ciddi bir mövqe ortaya qoymasaq, ABŞ və İran müharibəsi İraqın sonu olacaqdır" deyə qeyd edib.
"Nə İraq, nə də onun xalqı başqa bir müharibəni qaldıra bilməz. Bizə sülh və abadlıq lazımdır, hər hansı bir partiya İraqı müharibəyə sürükləyərsə və onu müharibə üçün bir sahəyə çevirirsə, o, İraq xalqının düşmənidir" deyə Müqtəda əl Sadr bildirib.
Sadr ABŞ və İranın müharibə etmək istəmədiyini və bunu tətikləməyin lazım olmadığını söyləyib.
 Müxalifət.az