ABŞ generalindan qalmaqal etiraf

Baxış sayı:
6250

Vəzifəsini martda yeni CENTCOM komandanı, ordu generalı Kenneth F. Makkenzieyə təhvil verəcək olan ordu generalı Votel, son dəfə Senatın Silahlı Xidmətlər Komitəsinin qarşısına çıxaraq Yaxın Şərqdəki proseslərə dair sualları cavablandırıb.
 
 ABŞ-ın Suriyadan çəkilərkən tərəfdaşlıq etdiyi terror təşkilatı YPG-nin qorunmasına dair sual üzərinə Votel, bu ifadələri işlədib:
“Bu anda davam edən planlarımızın əhəmiyyətli bir hissəsi budur. Bildiyiniz kimi, İŞİD-ın məğlub edilməsi və Suriyadan çəkilməyə dair planlarımız var. Təbii ki, bunlara Türkiyənin qorunmasını və oradan onlara qarşı təhdidin gəlməməsini təmin etməyi də əlavə etdik, bizimlə döyüşənlərin qorunmasını təmin etməyi əlavə etdik. Buna görə də hazırda bu məsələni həll etmək və bizimlə döyüşənlərin, bu vəzifəni yerinə yetirməyi təmin edənlərin təhlükəsizliyini təmin etmək, hərbi və diplomatik səviyyədə davam edən bütün planlaşdırma səylərimizin ən əsas hissəsini təşkil edir".
Suriyada SDG-nin Əsəd rejimi ilə görüşdüyü xəbərlərini təsdiq edən Votel, "Oradakı təcrübəmizdən bildiyimiz budur ki, oradakı bütün tərəflər bir-biri ilə danışır. Dolayısıyla bunun olmasını gözləyirik" deyə söyləyib.
Qeyd edək ki, general Votelin qorumasını təminat altına almaq istədiyi qüvvələr PKK/YPG terrorçularıdır.
Müxalifət.az