ABŞ-dan o ölkəyə təhdid: “Madurodan neft almayın”

Baxış sayı:
4822

 ABŞ-ın Venesuela xüsusi nümayəndəsi Elliott Abrams Donald Trampın Hindistana təzyiq edərək Venesueladan neft satın almağı dayandırması əmrini verdiyini açıqlayıb.
 
Elliott Abrams Vaşinqtonun Hindistana Nikolas Maduro hökumətindən neft satın almağı dayandırması üçün təzyiq etdiyini söyləyib.
“Reuters”-in xəbərinə görə, ABŞ prezidenti Donald Trampın eyni mesajı başqa hökumətlərə də verdiyini bildirən Abrams, bənzər tələblərin Venesuela hökuməti ilə işləyən bank və xarici şirkətlərə də çatdırıldığını söyləyib.
Neft İxrac Edən Ölkələr Təşkilatının üzvü olan (OPEK) Venesuelanın iqtisadiyyatı üçün xeyli əhəmiyyətli olan Hindistan, ölkənin xam nefti üçün ən çox pul ödəyən iki ölkə mövqeyindədir. İlk sırada isə Venesuela neftindən gələn gəlirlərin çoxunu müvəqqəti dövlət başçısı elan etdiyi Xuan Guaidoya dövr edən ABŞ var.
Müxalifət.az