ABŞ-dan İrana toqquşmayacağıq mesajı

Baxış sayı:
7066

 ABŞ-ın İrana “səninlə toqquşmayacağıq” mesajı göndərdiyi iddia edilib.
 
İran İnqilab Keşikçiləri Ordusuna yaxınlığı ilə tanınan İranlı siyasi analitik Sadullah Zarei ABŞ-ın İranla hərbi münaqişəyə girmə niyyətinin olmadığına dair İranlı yüksək səviyyəli rəsmilərə rəsmi mesaj göndərdiyini iddia edib.
 İranın yarı rəsmi agentliyi “Tesnim”-ə açıqlama verən Zarei, "ABŞ hökumətindən rəsmi şəxslər İranlı üst səviyyə məqamlara bir mesaj göndərərək heç bir şəraitdə İranla hərbi qarşıdurma planına malik olmadıqlarını bildirib" deyib.
ABŞ-ın terror təşkilatı elan etdiyi İnqilab Keşikçiləri Ordusuna yaxınlığı ilə tanınan siyasi analitik Zarei, mesajın nə vaxt göndərildiyi haqqında məlumat verməyib.
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp 8 apreldə İranın hərbi qurumlarından olan İnqilab Mühafizəçiləri Ordusunun ABŞ-ın xarici terror təşkilatları siyahısına əlavə olunduğunu bildirmişdi. İran Milli Təhlükəsizlik Ali Şurası da buna qarşılıq ABŞ Mərkəzi Qüvvələr Komandanlığını (CENTCOM) terror təşkilatları siyahısına aldığını açıqlamışdı.
Müxalifət.az