ABŞ-dan daha 100 ədəd F-35 alacaq

Baxış sayı:
5383

Yaponiyanın ABŞ-dan daha 100 ədəd F-35 kabus təyyarəsi sifariş edəcəyi bildirilib.
 
 
“Nikkey Asian Review” qəzetinin xəbərində, Yaponiya, Çinin hərbi cəhətdən yenidən qurulmasına cavab olaraq ABŞ-dan köhnəlmiş F-15-lərin yerinə daha 100 ədəd F-35 kabus təyyarəsi satın almağı planlaşdırdığı qeyd olunub.
Yapon hökumətinin, dekabrın ortasında Milli Müdafiə Proqramı sənədini qəbul etdikdən sonra F-35-lərin sayın alınmasının təsdiq olunacağının gözlənildiyi qeyd edilib.
Yaponiyanın 2019-2023-ci illəri əhatə edən orta müddətli müdafiə proqramı çərçivəsində hazırda 42 F-35A almaq niyyətində olduğu bilinir.
F-35 A ilə yanaşı, B seriyasını də əhatə etməsi nəzərdə tutulan əlavə 100 təyyarə, bir trilyon yeni büdcə tələb edir.
 
Yaponiyanın inventarında 200 F-15 təyyarəsi var.
 
Mütəxəssislər Çinin 2030-ci ilə qədər 5-ci nəsil 250 döyüş təyyarəsindən ibarət donanma yaradacağını planlaşdırdığını bildirir. Ölkənin öz istehsalı J-20 kabus təyyarəsi var.
Müxalifət.az