ABŞ-da xəstəxanaya silahlı hücum

Baxış sayı:
5074

ABŞ-ın Çikaqo şəhərində bir xəstəxanada kimliyi hələ açıqlanmayan bir şübhəlinin açdığı atəş nəticəsində təcavüzkar da daxil, 4 nəfərin həyatını itirdiyi bildirilib.
 
Çikaqonun meri Rahm Emanuel, keçirdiyi mətbuat konfransında, hücumda bir polis məmuru, bir həkim və bir əczaçının öldüyünü bildirib.
Baş komisar Eddie Conson da təcavüzkarın, ölənlərdən biri ilə əlaqəsi olduğunun aşkar edildiyini bildirib. Conson, şübhəlinin intihar etdiyini, yoxsa polis gülləsindən vurulduğunu açıqlamayıb.
Xəstəxana daxilində və ətrafında geniş təhlükəsizlik tədbirləri görülərkən, polis əməkdaşları xəstəxanaya və ya xəstələrə qarşı hər hansı bir təhdidin olmadığını bildirib. ABŞ-da silahlı zorakılıq hallarının ən yüksək olduğu şəhərlərin başında gələn Çikaqodakı hadisə ilə bağlı istintaq başlayıb.
Müxalifət.az