ABŞ-da Trampı küncə sıxışdıran iddia! QAŞIQÇI CİNAYƏTİNİ ÖRT-BASDIR EDİR

Baxış sayı:
7402

Amerikalı Demokrat senator Cak Reed, prezident Donald Trampın, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ), jurnalist Camal Qaşıqçı cinayətinə dair əldə etdiyi dəlillər haqqında yalan söylədiyini deyib.
 
Bununla bağlı senator Con Reed, CNN telekanalına açıqlama verib.
 
TRAMP YALAN DEYİR
 
CNN müxbirinin "Trampın MKİ-nin dəlilləri barədə yalan söylədiyini düşünürsünüz ki" sualına Reed, "Bəli, MKİ, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın Qaşıqçı cinayəti ilə birbaşa bağlı olduğu nəticəsinə varıb" deyə cavab verib.
ABŞ mətbuatındakı, "MKİ, Qaşıqçı-nın öldürülməsi əmrini Məhəmməd bin Salmanın verdiyi nəticəsinə varıb" iddialarını təsdiq edən Reed, “(MKİ-nin gəldiyi nəticə) Bu, həqiqətlərə və analizlərə əsaslanıb. MKİ-nin bir nəticəyə gəlmədiyini düşünmək doğru deyil" deyə söyləyib.
Müxalifət.az