​ABŞ Çinə MEYDAN OXUDU: Asiyada lider bizik

Baxış sayı:
2731

ABŞ-ın Asiya-Sakit okean regionuna yatırdığı ümumi investisiyanın həcmi 1,4 trilyon dollara çatıb.
Muxalifet.az axar.az-a istinaden xəbər verir ki, bunu Asiya Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının ölkələrinin sammitində çıxışı zamanı ABŞ-ın vitse-prezidenti Mayk Pens deyib. Onun sözlərinə görə, ABŞ-ın bu investisiyaları Çin, Yaponiya və Cənubi Koreyanın bölgəyə qoyduğu investisiyaların ümumi həcmindən çoxdur:
“Keçən iki ərzində ABŞ biznesi regiona 61 milyard dollar yatırıb. Hazırda ABŞ-ın bölgəyə yatırdığı ümumi investisiyanın dəyəri 1,4 trilyon dollara çatıb. ABŞ-ın bundan sonra da regiona investisiyaları artacaq”.
O həmçinin Çinin uzun illər ərzində ABŞ-dan istifadə etdiyini deyib:
“O günlər artıq geridə qalıb. Çinin böyük ticarət baryerləri, rüsumlar var. Çin öz davranışını dəyişməyənə qədər ABŞ siyasi kursunu dəyişməyəcək”.