ABŞ-Çin gərginliyi səngimir: Pekin DTT-dən çıxarılır?
21-11-2018 22:14
Baxış sayı:
8686

ABŞ Prezidenti Donald Trampın müşaviri Kevin Hasset Çinin Dünya Ticarət Təşkilatından çıxarılacağını iddia edib.
Muxalifet.az xəbər verir ki, DTT-nin baş direktoru Roberto Azevedo da açıqlamasında ABŞ və Çin arasındakı ticarət müharibələrinin qlobal iqtisadiyyat üçün böyük bir təhdid olduğunu və milyonlarla insanı işindən edə biləcəyini söyləyib.
O qeyd edib ki, ticarətdə əməkdaşlıq yenidən qurulmasa, çoxtərəfli ticarət sistemi ciddi şəkildə zərər görəcək.