​“ABŞ Azərbaycandakı islahatları dəstəkləyir” - SƏFİR

Baxış sayı:
11824

Azərbaycan islahatların keçirilməsində böyük irəliləyişə nail olub.

Muxalifet.az trend-ə istinadən xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenberqer Bakıda “Alumni Fair” təhsil sərgisində deyib.
“Biz Azərbaycanın islahatların keçirilməsində səylərini dəstəkləyirik. Azərbaycan bu sahədə böyük irəliləyişə nail olub”, - səfir qeyd edib.
Diplomat bildirib ki, Azərbaycan hələ gənc ölkədir, hələ bir çox işlər görülməlidir:
“Biz hökumətin iqtisadi, sosial sektorlarda və vətəndaş cəmiyyəti sahəsində islahatlarını dəstəkləyirik”.