​ABŞ açıqladı: Suriyadan o vaxt çıxacağıq ki...

Baxış sayı:
4285

ABŞ İŞİD terrorçularının məğlubiyyətindən və Cenevrə prosesinin canlanmasından sonra qoşunlarını Suriyadan çıxaracaq.
Muxalifet.az xəbər verir ki, bu sözləri Pentaqon rəhbəri Ceyms Mettis jurnalistlərə açıqlamasında deyib.
“Əvvəla, biz İŞİD-i məhv etməliyik. Həmçinin yerli qüvvələrə təlimlər keçməliyik. Bundan əlavə, Cenevrə danışıqlarında canlanma olmalı və bu müharibənin taleyini həll etməlidir. Əgər yerli qüvvələr təhlükəsizliyi təmin edə bilsə, o zaman biz hərbçilərimizin sayının azaldılması barədə düşünə bilərik”, - deyə Mettis bildirib.