85 yaşlı kişi qətlə yetirildi - BAKIDA

Baxış sayı:
7276

Bakıda 85 yaşlı kişi qətlə yetirilib.

Muxalifet.az report-a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonu Yeni Ramana qəsəbəsində baş verib.

Qəsəbədə yaşayan 1933-cü il təvəllüdlü Əkrəm Tağızadə evində həmyerlisi Sakit Mirzəyev tərəfindən qətlə yetirilib.

Hadisəni törədən S.Mirzəyev saxlanılıb.

Faktla bağlı Sabunçu rayon Prokurorluğunda cinayət işi başlanılıb, araşdırma aparılır.