“30 min nəfərlik terror ordusu” iddiasına ABŞ-dan cavab

Baxış sayı:
3532

ABŞ-dan “30 min nəfərlik terror ordusuna təlim veriləcək” iddialarına cavab verilib.
 
Polkovnik Ryan, keçirdiyi video konfransda bu iddiaya da cavab verib.
Polkovnik Ryan, YPG/PKK-nın siyasi qolu PYD-nin, ABŞ-ın İrana qarşı bir illik müqavilə bağladığı və bu müqavilə çərçivəsində ABŞ-ın 30 min adama
təlim verəcəyinə dair açıqlamasını təkzib edərək, belə bir razılığın olmadığını söyləyib. Ryan, "SDG-yə daha əvvəl təlim vermişik və Orta Fərat Vadisindəki nailiyyətlər də bunu sübut etdi, ancaq hazırda hər hansı bir fiziki müqaviləni təqib etmirik" deyə bildirib.
 
Pentaqon da təkzib etdi
 
PYD-nin açıqlamasına dair açıqlama verən Pentaqon sözçülərindən mayor Sean Robertson isə "Spesifik sayda bir qüvvəyə təlim verilməsinə dair hər hansı bir razılıq yoxdur" deyib.
Robertson, həmçinin təşkilatla aparılan iş birliyinin içində İran ilə mübarizənin yer almadığını və məqsədlərinin İŞİD-ı daimi olaraq bitirmək olduğunu irəli sürüb.
Müxalifət.az