“28 il ordunun yanında dayanmağımdan peşmanam” VİDEO - Erməni əsgərin anası

Baxış sayı:
9274

“Təxminən 1 saatdır hökumət binasının qarşısındayıq və onlara məhəl qoymuruq. Onların hökumətdə oturmaq hüququ yoxdur”.
Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu ölmüş erməni hərbi qulluqçunun anası Marqarita Xaçatryan bildirib.
Hazırda Ermənistanın hökumət binası qarşısında ölmüş hərbi qulluqçuların xanımları və anaları etiraz aksiyası həyata keçirirlər.
“Baş nazir deyir ki, pulum var, yaşamağa yerim yoxdur. Mən yeri göstərirəm. Əgər onun xanımı bizim övladlarımızın boş yerə öldüyünü deyirsə, bir daha xatırladıram ki, bizim oğlanlarımız “vətən üçün” ölüblər və bizim üçün dəyərlidir”, - deyə Xaçatryan bildirib və daha sonra qeyd edib ki, əgər onların problemi həll olunmasa, hökumət binasının qapını sındıraraq içəri daxil olacaqlar.
Ölmüş erməni hərbi qulluqçusunun anası bildirib ki, artıq 4-cü dəfədir Paşinyana müraciət edir, lakin müvafiq cavab yoxdur.
“Baş nazir deyir ki, “1 Mart” hadisələrində zərər çəkmiş şəxslərə 30 milyon erməni dramı məbləğ ödənilir. Mətbuat konfransı zamanı da bildirdi ki, bizim pul problemimiz yoxdur. Əgər pul problemi yoxdursa və “1 Mart”a görə 30 milyon verirlərsə, bəs niyə döyüş əməliyyatları zamanı ölən hərbi qulluqçulara da 30 milyon verilmir?”,- deyə o qeyd edib.
Hazırda hökumət binası qarşısında baş tutan aksiya iştirakçıları Paşinyanla görüş tələb edirlər.
Xaçatryan bildirib ki, əgər Paşinyan onunla görüşməsə, aclıq aksiyası və oturaq aksiya keçirəcək.
“Düşünürdüm ki, Hökumət binası yanına gələndə məni dəvət edəcəklər və deyəcəklər ki, Marqarita xanım, gəl, görək ölmüş hərbi qulluqçuların ailələrinə nə olub? 28 il ordunun yanında dayanmağımdan peşmanam”,- deyə o bildirib.