23 yaşlı qadın dərmandan zəhərlənərək öldü
11-11-2018 10:25
Baxış sayı:
1234

Abşeron sakini içdiyi dərmandan zəhərlənərək dünyasını dəyişib.
"Report"un məlumatına görə, hadisə rayonun Ceyranbatan qəsəbəsində baş verib.
1995-ci il təvəllüdlü İsmayılova Leyla Musa qızı müalicəsi üçün dərman qəbul edib. O, bir qədər sonra özünü yaxşı hiss etməyib. Yaxınları qadının vəziyyətinin ağırlaşdığını gördükdə onu dərhal Sumqayıt şəhər Təcili Tibbi Yardım xəstəxanasına çatdırıblar. Lakin həkimlərin səyinə baxmayaraq, L.İsmayılovanın həyatını xilas etmək mümkün olmayıb.
23 yaşlı qadının dərmandan zəhərlənərək öldüyü məlum olub. Faktla bağlı araşdırma aparılır.