2019-cu ilin dövlət büdcəsi qəbul edildi – NEFTİN QİYMƏTİ DƏYİŞMƏDİ
27-11-2018 13:24
Baxış sayı:
6238

"Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında" Azərbaycan Respublikası Qanununun layihəsi Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılıb.
Muxalifet.az xəbər verir ki, noyabrın 27-də keçirilən iclasda millət vəkilləri büdcə ilə bağlı fikir və təkliflərini səsləndiriblər.
Müzakirələrdən sonra qanun layihəsi səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.
Qeyd edək ki, büdcədə neftin qiyməti əvvəldən nəzərdə tutulduğu kimi, 60 dollardan götürülüb.