200-dən çox ölkəni gəzmiş ilk azərbaycanlı səyyah - Şimal qütbünə qədər gedib

Baxış sayı:
35733

Türkiyənin “Hürriyet” qəzeti dünyada 200-dən çox ölkəni gəzmiş və dünya miqyasında peşəkar səyyahların siyahısında yer alan yeganə azərbaycanlı-biznesmen Mehrac Mahmudov haqda yazır. Qəzet öz qeydlərində Mahmudovun getdiyi yerlərdən paylaşdığı fotolarla sosial şəbəkələrdəki minlərlə izləyicisini də sanki ən ucqar ölkələrə apardığını yazır.

M.Mahmudov 1983-cü ildə Naxçıvandan anadan olub, ali təhsilini Rusiyanın Sankt-Peterburq şəhərində alıb və hazırda Bakıda bizneslə məşğuldur. Əsas fəaliyyəti isə səhayətdir.

İlk xarici səfərini 1991-ci ildə bir alman tələbə dostunun köməyi ilə o vaxt hələ mövcud olan Almaniya Demokratik Respublikasına edib. Daha sonra çoxsaylı ölkələri gəzib və belliklə də səhayt onun həyatının ayrılmaz hissəsinə çevrilib.

Şimal qütbünə səyahəti zamanı Arktik okeanında üzüb. Deyir ki, 3 metr qalınlığında buzun qırılmasından sonra ortaya çıxan buz kimi suda üzmək hər kəsə nəsib olmur. Ekvatoru 25 dəf keçən Mahmudov indiyədək 5 min uçuş edib və Antarktidaya qədər gedib. O, dünyanın ən müxtəlif bölgələrinə səyahət edir, getdiyi yerlrdə Azərbaycan bayrağını asır. Hətta Şimal qütbünə gedən atom buzqıran gəmisinin üstündə də Azərbaycan bayrağını qaldırıb, əlbətdə, foto çəkib yaymaq üçün...

M.Mahmudov bir neçə il ərzində dünyada mövcud olan bütün ölkələrə ayaq basmış olacaq. O, 2021-ci il martın 26-da “Travellers Century Club” tərəfindən "Gold Membership Card" ilə mükafatlandırılıb. Bu mükafat ancaq 200-dən çox ölkəyə səhayət etmiş şəxslərə verilir./Virtualaz.org