2 il əvvəl BDU-nun Jurnalistika fakültəsini bitirmişdi - Türkiyədə vəfat etdi - FOTO

Baxış sayı:
12493

Türkiyədə müalicə edilən azərbaycanlı gənc vəfat edib. BiG.AZ xəbər verir ki, bir müddət əvvəl sümük iliyi çatışmazlığı diaqnozu ilə Türkiyədəki özəl klinikalardan birinə yerləşdirilən Gəncə şəhər sakini, 1993-cü il təvəllüdlü Cavid Abbasov dünyasını dəyişib. Onun cənazəsinin sabah Azərbaycana gətiriləcəyi və Gəncədə dəfn ediləcəyi bildirilib. Qeyd edək ki, Cavid Abbasov 2017-ci ildə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib. Allah rəhmət eləsin!