17 Rus təyyarəsi İngilis gəmisini mühasirəyə alıb - TƏHDİD

Qara dənizdə Rusiya və Ukrayna arasındakı qarşıdurmadan dərhal sonra başqa bir şok görüntü yayımlanıb.
Rus döyüş təyyarələri, İngilis döyüş gəmisi HMS Daneken ətrafına toplaşaraq təhdid edib.
Qara dənizdə NATO adından xidmət edən gəminin üzərində 17 təyyarə uçuşub.
Rus təyyarələri NATO bayrağı daşıyan İngilis gəmisinə olduqca yaxınlaşıb.
Və xeyli sürətli və alçaqdan uçublar.
İngiltərənin müdafiə naziri Qavin Williamson, baş verənləri həyasız bir düşmənçilik kimi qiymətləndirib.
Bu ilin may ayında baş verən hadisənin görüntüləri, İngiltərədə böyük hiddətə səbəb olub.
İngilis mediası, gəmini mühasirəyə alan təyyarələrin elektron sistemi pozduğunu və bir toqquşmaya səbəb olacağını bildirib.
Channel 5-də yayımlanan sənədli filmdə bir İngilis əsgərinin "17 döyüş təyyarələri var, bizim isə 48 raketimiz. Məncə, qalib gələ bilərik" dediyi eşidilir.
Qeyd edək ki, Rusiya və İngiltərə qüvvələri, son illərdə bir neçə dəfə Qara dəniz üzərində qarşı-qarşıya gəlib.
İngilis donanmasında Type 45 gəmiləriin dəyəri, təxminən 1 milyard Funt-sterlinqdir.
Uzunluğu təxminən 165 metr olan gəmidə 191 əsgər xidmət edir.
Gəmidəki bir çox silahın arasında xüsusilə uzun və orta mənzilli raket savarlar diqqət çəkir.
Müxalifət.az